Tovuzda iki avtomobil toqquşub, ana ölüb, 16 yaşlı oğlu ağır xəsarət alıb

Tovuzda iki avtomobil toqquşub, ana ölüb, 16 yaşlı oğlu ağır xəsarət alıb
# 01 iyul 2016 16:46 (UTC +04:00)

Bakı - Qazax magistral yolunda ölümlə nəticələnən yolı-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 47 yaşlı Almaz Həsənovanı xilas etmək mümkün olmayıb. Onun oğlu, 16 yaşlı Dulqay Əhmədovun və 29 yaşlı Elşən Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR