Salyanda avtomobil motosikletlə toqquşub

Salyanda avtomobil motosikletlə toqquşub
# 01 iyul 2016 18:30 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda avtomobil motosikletlə toqquşub, bir nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonunun Dayıkən kəndində VAZ markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Astara sakini, 1988-ci il təvəllüdlü Ramazanov Elvin Hacıbala oğlu kəllə-beyin travması ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYP-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR