Belarusda baş verən avtomobil qəzasında azərbaycanlı sürücü yanaraq ölüb

Belarusda baş verən avtomobil qəzasında azərbaycanlı sürücü yanaraq ölüb
# 13 may 2015 12:34 (UTC +04:00)

APA-nın “avtodrive.com” saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 12-də, axşam saatlarında Belarusun Rusiya ilə sərhəd olan Qomel rayonundakı M10 avtomagistralında qeydə alınıb. Sürücüsü azərbaycanlı olan "MAN" markalı yük avtomobilinin "DAF" markalı başqa bir yük maşını ilə toqquşması nəticəsində yanğın baş verib.

Qomel şəhər Dövlət Yol Müfəttişliyinin məlumatına görə, "MAN" yolun əks istiqamətinə çıxıb və "DAF" markalı avtomobillə toqquşub. Nəticədə yanğın baş verib və "MAN"-ın sürücüsü yanaraq ölüb.

Yanğın çətinliklə söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR