Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışı olub - FOTO

Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışı olub - <span style="color: red;">FOTO
# 17 oktyabr 2014 19:12 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq. Bildirilib ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Prezident İlham Əliyevə məlumat verilib ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif mövzularda “dəyirmi masa”lar keçirmək mümkün olacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri sərgilənəcək.

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış olub. Burada futbol, basketbol və voleybol meydançaları var. Dövlət başçısına məlumat verilib ki, kompleksdə 6 kottec inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR