Azərbaycanda may ayında problemli kreditlərin həcmi 56,6 mln. manat artıb

Azərbaycanda may ayında problemli kreditlərin həcmi 56,6 mln. manat artıb
# 08 iyul 2015 09:52 (UTC +04:00)

Bakı - APA-Economics. İyun ayının 1-ə Azərbaycanın kredit təşkilatları tərəfindən 20 mlrd. 468,1 mln. manat həcmində kreditlər verilib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 313,2 mln. manata çatıb. Statistikaya əsasən, təkcə may ayında problemli kreditlərin həcmi 56,6 mln. manat artıb. İlin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 282,3 mln. manat, ötən ilin iyun ayının 1-i ilə müqayisədə isə 408,2 mln. manat artıb.

Vaxtı keçmiş kreditlərin tərkibində manatla olanların həcmi 917,2 mln. manat, xarici valyutada isə 396 mln. manat ekvivalentində olub.

May ayında manatla olan problemli kreditlərin həcmi 61,3 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR