Azərbaycanda özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur

 Azərbaycanda özəl tibb fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur
# 06 oktyabr 2015 10:46 (UTC +04:00)

APA-nın məlumatına görə, qanun layihəsi barədə MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR