Bakıda avtomobil qaçıran avtoyuma məntəqəsinin işçisi saxlanılıb

Bakıda avtomobil qaçıran avtoyuma məntəqəsinin işçisi saxlanılıb
# 27 oktyabr 2015 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qadına məxsus avtomobili qaçıran şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də Binəqədi rayonunun M. Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Ulduz Aslanovaya məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil 28 May küçəsində saxlanılıb. Onu idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov 7-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR