Yens Stoltenberq: “NATO BMT-yə yardım etməyə hazırdır”

Yens Stoltenberq: “NATO BMT-yə yardım etməyə hazırdır”
# 29 sentyabr 2015 12:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO tərəfdaşlarının üzləşdikləri təhlükəsizlik problemləri ilə daha yaxşı bacarmaq üçün çox işlər görür. Bu əməkdaşlıq alyansın dünyadakı böhranların həllində vacib rol oynayır”.


APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, bu sözləri NATO baş katibi Yens Stoltenberq BMT-nin Sülhyaratma sammitində çıxış zamanı deyib.

Y. Stoltenberq həmçinin NATO-nun BMT-yə xüsusi partlayıcı qurğuların geniş yayıldığı ərazilərdə yardım etməyə hazır olduğunu bildirib.


“Hazırda güclü və effektiv BMT-yə olan ehtiyac 70 ildən əvvəlkindən da çoxdur”, - deyə NATO baş katibi vurğulayıb.

Qeyd edək ki, Y. Stoltenberq BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində BMT baş katibi Pan Gi Mun , Ərəb Ölkələri Liqasının baş katibi Nabil Elarabi də daxil olmaqla, bir sıra ölkələrin rəhbərləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR