Azərbaycan il ərzində təbii qaz ixracını 25%, elektrik enerjisini isə 45%-ə qədər azaldıb

Azərbaycan il ərzində təbii qaz ixracını 25%, elektrik enerjisini isə 45%-ə qədər azaldıb
# 29 sentyabr 2015 11:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-avqust ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 8 ayında gömrük bəyannamələri əsasında 159 535,44 min ABŞ dolları dəyərində 992 172,80 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% azdır. Məbləğ dəyərində isə bu rəqəm 29,17% azdır.

Bu ilin 8 ayı ərzində 13 213,85 min dollar dəyərində 219 578,34 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 44,41% azdır. Məbləğ dəyərində isə bu rəqəm 31,38% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR