Oktyabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Oktyabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb
# 10 noyabr 2015 12:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.

Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşıb, göy lobyanın istehsalçı qiyməti ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bundan başqa, ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Heyvandarlıq məhsullarından isə yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR