Hüquq müdafiəçiləri Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi ilə görüşüblər

  Hüquq müdafiəçiləri Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi ilə görüşüblər
# 28 avqust 2015 11:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan R. Məmmədovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əssən təqsirli bilinir. Özünü günahkar bilir. Bizimlə söhbət zamanı söylədi ki, məhkəmə zamanı dəymiş ziyanı ödəməyə çalışacaq ki, cəzası yüngül olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR