Gürcüstanla “Qazprom” qaz nəqli və tədarükü məsələlərini müzakirə ediblər

Gürcüstanla “Qazprom” qaz nəqli və tədarükü məsələlərini müzakirə ediblər
# 26 oktyabr 2015 19:45 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Milan şəhərində “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və Gürcüstanın energetika naziri Kaxaber Kaladze arasında görüş olub.

APA-nın məlumatına görə, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilir.

“Görüşdə Rusiya qazının Gürcüstan ərazisindən nəqli və kommersiya tədarükü məsələlərinə toxunulub”, məlumatda bildirilir.

Qeyd olunur ki, 2014-cü ildə “Qazprom” Gürcüstana 0,3 milyard kubmetr qaz tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR