Daşkəsəndə mənzildən oğurluq edən şəxslər tutulub

Daşkəsəndə mənzildən oğurluq edən şəxslər tutulub
# 27 oktyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daşkəsəndə mənzildən oğurluq edən şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Pərvanə Novruzovanın evindən 4 ədəd televizor, 2 ədəd qədim samovar, boş seyf və digər məişət əşyaları oğurlamış Gəncə şəhər sakinləri Rufan Məhərrəmov, Sultan Əliyev və qardaşı Emin tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Məhəmmədəli Novruzova məxsus evdən 2 ədəd televizor, soyuducu, əntiq əşyalar və digər məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR