"PAŞA Bank"ın İdarə Heyətinə yeni üzvlər təyin olunub

"PAŞA Bank"ın İdarə Heyətinə yeni üzvlər təyin olunub
# 01 iyul 2015 06:17 (UTC +04:00)

Bankdan "APA-Economics"ə verilən məlumata görə, İdarə Heyətinin yeni üzvləri Şirin Əliyeva və Aydın Atakişiyevdir. Eyni zamanda, Ş. Əliyeva Baş hüquq inzibatçısı, A. Atakişiyev isə baş strategiya inzibatçısı vəzifələrini tutacaqlar.

Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar.

Xatırladaq ki, iyunun 29-da Müşahidə Şurasının qərarı ilə "PAŞA Bank"ın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov gətirilib.

Xatırladaq ki, bu təyinatdan əvvəl "PAŞA Bank"a Fərid Axundov rəhbərlik edib. F. Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək.

T. Kazımov yeni vəzifəsinin icrasına cari ilin iyulun 1-dən başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR