Bakıda 180 min manat miqdarında dələduzluq edən şəxs tutulub

Bakıda 180 min manat miqdarında dələduzluq edən şəxs tutulub
# 24 aprel 2015 11:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda axtarışda olan şəxs tutulub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Elşən Xudabaxış oğlu Quliyev tutulub.

E. Quliyev ilkin ifadəsində bizneslə məşğul olduğunu və 180 min manat miqdarında dələduzluq etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR