İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib

İsrail raket atəşinə cavab olaraq Qəzza zolağına hava zərbələri endirib
# 26 oktyabr 2015 23:26 (UTC +04:00)

Bakı-APA. İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr fələstinli silahlıların raket atəşinə cavab olaraq Qəzza zolağına zərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Qəzza zolağından İsrailin cənub ərazisinə raket zərbəsi endirilmişdi. İsrail tərəfi zərərçəkənlərin olmadığını, fələstinlilər isə Qəzzada 1 nəfərin yaralandığını bildirirlər.

İsrail hərbçilərinin məlumatına görə, təyyarələr Qəzzanın cənub bölgəsində HƏMAS hərəkatına məxsus 2 obyektə zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR