Təhsil Nazirliyi BDYPİ ilə birgə maarifləndirmə tədbiri keçirib - FOTO

Təhsil Nazirliyi BDYPİ ilə birgə maarifləndirmə tədbiri keçirib - <span style="color: red;">FOTO
# 07 may 2015 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Tədris ilinin başa çatması ilə bağlı Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi uşaq avtoşəhərciyində “Yol hərəkəti qaydalarını yadda saxla və riayət” devizi altında birgə tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov , BDYPİ idarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov iştirak edib.

Tədbirdə qonaqlar çıxış edərək əsas diqqəti təhlükəsizlik həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini, yol hərəkət qaydalarını məktəb yaşlarında öyrənməyin vacib olduğunu vurğulayıblar.

Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edən yardımçı tədris vəsaitləri hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR