Bank Of Baku

Samuxda ər arvadını döyərək öldürüb

Samuxda ər arvadını döyərək öldürüb
# 30 aprel 2018 16:47 (UTC +04:00)

Samuxda qətl hadisəsi törədilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

 

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

 

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

 

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR