Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var

 Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var
# 01 iyun 2016 11:04 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün səhər saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 110-cu kilometrliyində baş verib. Quba istiqamətində hərəkətdə olan Siyəzən rayon sakini 27 yaşlı Mais Sədrəddinovun idarə etdiyi 53 BB 437 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil 10 SO 099 dövlət nömrə nişanlı, “Toyota-Prado” markalı avtomobillə toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan Bakı şəhər sakini 59 yaşlı Azər Qəribova döş qəfəsinin küt travması, Siyəzən rayon sakini 25 yaşlı Elvin Sultanova açıq kəllə-beyin travması, Mais Sədrəddinova isə alın nahiyyəsinin və sağ baldırın cırılmış yarası diaqnozu qoyulub. Xəsarət alanlardan Elvin Sultanovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR