Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
# 03 dekabr 2014 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rübabə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Quliyeva 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Quliyeva Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. İttihama görə, o, bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR