SOCAR-ın əməkdaşlarına fəxri fərmanlar təqdim olunub

SOCAR-ın əməkdaşlarına fəxri fərmanlar təqdim olunub
# 10 noyabr 2015 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın fəxri fərmanı ilə təltif olunmuş baş ofisin bir qrup əməkdaşına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak ediblər.

X. Yusifzadə yeni neft strategiyasının uğurlarından danışıb, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini xüsusi vurğulayıb. X. Yusifzadə bildirib ki, SOCAR rəhbərliyi hər zaman neftçilərin əmək fəaliyyətini yüksək qiymətləndirir.

X. Məmmədov Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini bildirib, SOCAR rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb.

Sonra X. Yusifzadə və X. Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər.

Qeyd edək ki, SOCAR prezidentinin 16 sentyabr 2015-ci il tarixli müvafiq əmri ilə şirkətin idarə və müəssisələrində çalışan 117 nəfər, o cümlədən Baş ofisdə işləyən 27 nəfər əməkdaş Fəxri fərmana layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR