“Albalı Plus” ilin taksit kartı seçilib - FOTO

“Albalı Plus” ilin taksit kartı seçilib - <span style="color: red;">FOTO
# 23 aprel 2015 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Albalı Plus” kartı 2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “İlin taksit kartı” seçilib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda “Albalı Plus” kartı respondentlər tərəfindən daha çox səs toplayaraq, taksit kartları içərisində ən yaxşısı seçilib.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “Albalı Plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet bank xidmətlərindən istifadə edə bilər. “Albalı Plus” beynəlxaq kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.

“Albalı Plus” kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini “Unibank” filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR