Bağdadda 16 türk fəhlə qaçırılıb

Bağdadda 16 türk fəhlə qaçırılıb
# 02 sentyabr 2015 10:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bağdadın Sədr bölgəsində 16 türk fəhlə hərbi geyimli şəxslər tərəfindən qaçırılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, fəhlələr Sədr bölgəsində idman kompleksi inşa edən türk şirkətinin işçiləri olub. Maskalı və silahlı şəxslər tikinti sahəsinə hücum edərək, fəhlələri naməlum istiqamətə aparıblar.

Türkiyə Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR