Ürəyi tutan ARDNŞ əməkdaşı dənizə düşüb

Ürəyi tutan ARDNŞ əməkdaşı dənizə düşüb
# 15 dekabr 2014 09:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, şirkətin “Neftqaztikinti” trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Məhərrəmov Simran Qarakişi oğlu dekabrın 14-də saat 10:30 radələrində “Neft Daşları” ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb.

Əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. “Neft Daşları” tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürək tutmasından vəfat etdiyi bildirilib. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə, mərhum ürək çatışmazlığından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR