"Barselona" cari çempionatda ilk xal itkisi ilə üzləşib

"Barselona" cari çempionatda ilk xal itkisi ilə üzləşib
# 23 sentyabr 2015 22:58 (UTC +04:00)

Bakı-APA. İspaniya La Liqasında "Barselona" ilk xal itkisinə məruz qalıb.

Apasport saytının məlumatına görə, çempionatın 5-ci turunda “Selta” “Barselona”nı darmadağın edərək turun əsas sürprizinə imza atıb.

4:1 hesabı ilə qələbə qazanan qalisiyalılar ən son 1968-ci ildə “Barselona”nı 3 top fərqi ilə məğlub edə bilmişdi. 57 il sonra yenidən 3 top fərqi ilə qələbə qazanan “Selta” yeni tarix yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR