Ağdaşda yük avtomobili aşıb, sürücü ağır xəsarət alıb - VİDEO

Ağdaşda yük avtomobili aşıb, sürücü ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 19:05 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 243-cü kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Firuz Müzəffər oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin yük yerindəki mişar daşları yola dağılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə yük avtomobilinin qarşısına qəflətən naməlum minik maşını çıxıb və sürücü toqquşmadan qaçaraq idarəetməni itirib, “KamAZ” yoldan çıxaraq aşıb. Hadisə zamanı hava yağışlı olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR