Türkiyə Ordusunun general və zabitləri iqtidara dəstək verib

 Türkiyə Ordusunun general və zabitləri iqtidara dəstək verib
# 16 iyul 2016 04:28 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Türk silahlı qüvvələrinin əmr-komandanlıq silsiləsi içində fəaliyyət göstərən komandanları ölkənin xalq tərəfindən seçilmiş iqtidarına dəstək veriblər.

APA-nın "Habertürk" kanalının canlı yayımına telefonla bağlanan müxtəlif vəzifə və rütbədəki general və zabitlər komandanlıq etdikləri hərbi hissələrdən dövlət çevrilişi təşəbbüsçülərinə dəstək verilməyəcəyini vurğulayıblar.

Digər tərəfdən, prezident Ərdoğan və baş nazir Yıldırımın xalqı küçə və meydanlara çağırmalarından sonra əhalinin meydanlarda toplanması davam edir. Böyük şəhərlərin məscidlərində sabah namazının qılınmasından sonra əhaliyə meydanları tərk etməmələri barədə xəbərdarlıq edilib.

İstanbul Baş Polis İdarəsinin Vətən prospektində yerləşən binasının qabağında toplanmış əhaliyə müraciət edən idarənin rəisi Cəmaləddin Çalışkan onlardan dağılmamalarını xahiş edib.

Xalqa növbəti dəfə müraciət edən baş nazir Binali Yıldırım da o onları önəmli nöqtələri tərk etməməyə çağırıb.

Ölkənin Bolqarıstan və Yunanıstanla sərhəd bölgələrində yerləşən Trakiya zirehli hərbi birləşmələrinin İstanbula tərəf yola çıxdığı xəbər verilib. Zirehli hərbi birləşmələrin İstanbul və Ankarada öz vəzifələrini yerinə yetirmələri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR