Bakı. Yeganə Laçınzadə - APA-Economics. "YapıKredi Bank Azərbaycan" QSC-nin rəhbərliyində dəyişiklik olub.
"APA-Economics" xəbər verir ki, Audit Komitəsinin üzvü Marco Iannaccone vəzifəsini tərk edib.
Bundan başqa, Miraç Baran Altınel baş direktorun satış və marketinq üzrə müavini təyin olunub.