Tiflisdə gender bərabərliyi prinsiplərinə həsr olunan konfrans keçirilib

Tiflisdə gender bərabərliyi prinsiplərinə həsr olunan konfrans keçirilib
# 01 noyabr 2015 00:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə BMT-nin"Qadınların bərabərliyi, Sülh və İnkişaf" proqramı və Norveç hökumətinin maliyyə dəstəyi ilə gender bərabərliyinin prinsiplərinə həsr olunan ikigünlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Sameqrelo, Şida Kartli, Kvemo Kartli, Quriya, Kaxeti və İmereti bölgələrinin yerli icra nümayəndələri və münaqişə zamanı zərər çəkən qadınlar, qaçqınlar, etnik azlıq nümayəndələri olan fəal qadınlar qatılıblar.

Konfrans Qadın İnformasiya Mərkəzi və "Taso" QHT rəhbərliyi tərəfindən təşkil edilib. Konfransda Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze gender bərabərliyi prosesində dövlətin rolunu vurğulayıb. Sonra BMT-nin Qadınlar nümayəndəsi Erika Kvapilova və başqaları yerli özünüidarəetmə orqanlarında gender bərabərliyi üçün zəruri institusional mexanizmlərin, mövzu ilə bağlı layihələrin, həmçinin büdcənin qəbul olunmasında gender bərabərliyi aspektləri, bu sahədə əldə edilən təcrübənin müzakirəsini aparıblar. Tədbirdə vahid pəncərə prinsipinin tətbiqinin nəticələri yekunlaşdırılıb.

Tədbirə azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi və Dmansi rayonlarından gələn azərbaycanlı qadınlar da qatılaraq sual-cavab prosesində fəal iştirak ediblər.

Konfransda Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, parlament deputatları, bir sıra nazirliklərin rəsmiləri, rayon rəhbərləri və bələdiyyə üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR