Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası yeni çöl-tədqiqatlarına başlayıb - FOTO

Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası yeni çöl-tədqiqatlarına başlayıb - <span style="color: red;">FOTO
# 07 iyul 2015 08:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası yeni çöl-tədqiqat araşdırmalarına başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iyul ayının əvvəlindən etibarən Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası rayondakı eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini 8 il ərzində tədqiq edib.

Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geo və mikromorfologiya, restavrasiya, trassologiya və digər ixtisaslar üzrə daha 12 fransalı mütəxəssislərdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə, tədqiqatların son mərhələsi olacaq.

Gələn il isə, səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunmuş elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub.

Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri F. Quliyevin sözlərinə görə, bununla da Azərbaycan və Fransa arxeoloqlarının müştərək araşdırmaları Tovuz bölgəsində yekunlaşacaq.

Tovuz arxeoloji ekspedisiya növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR