Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Noyabr - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 17:09 (UTC +04:00)

Bakı-APA. Qadın yaşını deməyi sevmir... Qadınlarda belə bir anlayış var... Mən də qadınam və bu fikirlə haradasa razıyam... Amma həyatını televiziyaya bağlayan və televiziya aparıcısı olan xanımların yaşlarını gizlətmək şansları yoxdur... Çünki biz hər zaman tamaşaçının gözü önündəyik... Mən də qadın kaprizini bir kənara qoyub yaşımı gizlətməyəcəm... Tale belə gətirib ki, həyatımın 20 ilini radio və televiziya ilə bağlamışam... Xanım televiziya aparıcılarının efirdə işi həmişə daha çətin və daha məsuliyyətli olub... Bura adi ailə qayğıları, iş və ən əsası yaşlansan belə tamaşaçı ilə ünsiyyətə gözəl görünüşdə çıxmaq məcburiyyətini əlavə etsəm məncə məsələni anlamaq o qədər çətin olmaz... Əks-cinsdən olan həmkarlarım məndən inciməsinlər, əminəm ki, onlar da bütün bunlarla razıdırlar... Bu gün isə bizim bayramımızdır... APA XƏBƏR-in efirində fürsətdən istifadə edib həyatını televiziya və radioya bağlayan kişili-qadınlı bütün həmkarlarımı təbrik edirəm... Bayramınız mübarək, televiziya ilə yaşlanan və televiziya ilə bərabər gəncləşən həmkarlarım...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR