Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2014-cü il üçün maliyyə hesabatını açıqlayıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2014-cü il üçün maliyyə hesabatını açıqlayıb
# 11 mart 2015 09:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 2014-cü il üçün maliyyə hesabatını açıqlayıb. BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2014-cü ildə partiyaya 108 min 184,10 manat pul vəsaiti daxil olub.

Bu vəsaitin 106 min 534,10 manatı parlamentdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait qismində BAXCP-nin hesabına köçürülüb, 1650 manat isə hesabat dövründə ianələr formasında daxil olub. Daxil olan 108 min 184,10 manat vəsaitdən cari işlər üzrə 1943,5 manat partiyanın mərkəzi qərargahının icarə haqqına, 311 manat dəftərxana xərclərinə, 37 min 675 manat ictimaiyyətlə əlaqələr və seçkilərin keçirilməsi üzrə xərclərə, 2 min 143 manat digər xərclərə sərf olunub. Siyasi partiyanın saxlanılması və informasiya təminatı üzrə 37 min 370,4 manat siyasi partiyanın saxlanılmasına, 28 min 245 manat aşağı təşkilatlara ödəmələrə, 480 manat internetdən (informasiya təminatı) istifadəyə yönəldilib. Siyasi partiyalar haqqında qanunvericiliyə uyğun olaraq hesabata sərbəst auditorun rəyi də əlavə edilib.

Qeyd edək ki, siyasi partiyalar haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən bu ildən başlayaraq partiyalar illik maliyyə hesabatlarını hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR