Tərtər rayon rəhbərliyi ermənilər tərəfindən vurulan mülki şəxslərə baş çəkib - VİDEO

 Tərtər rayon rəhbərliyi ermənilər tərəfindən vurulan mülki şəxslərə baş çəkib - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2015 14:12 (UTC +04:00)

Tərtər - APA. Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları və Müdafiə Nazirliyinin hərbçiləri dünən rayonun Qapanlı kəndində ermənilər tərəfindən toy məclisi zamanı atəşə tutulan ailədə olublar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralanan 3 yaşlı Zəhra Əhmədzadəyə və Mədinə Əhmədovaya baş çəkən rayon rəhbərliyinin nümayəndələri daha sonra kənd sakinləri ilə görüşüblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərlik etdiyi heyət daha sonra Bərdə-Müalicə Diaqnostika Mərkəzinə gedərək digər yaralı Müşkinaz Tanrıverdiyevanın səhhəti ilə maraqlanıb. Həkimlər 52 yaşlı qadının vəziyyətinin stabil olduğunu bildiriliblər.

Xatırladaq ki, ötən gün Tərtərin Qapanlı kəndində toy şənliyi zamanı ermənilər toy çadırını atəşə tutub və nəticədə biri uşaq, ikisi qadın olmaqla üç nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR