Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
# 26 may 2015 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəhilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) tətbiq olunub və o, 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Həbsdə olan R. Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R. Əliyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. O, vətəndaşların etibarından istifadə etməklə qızıl-zinət əşyaları mənimsəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR