Paytaxtda 20 yaşlı oğlan adam bıçaqlayıb

Paytaxtda 20 yaşlı oğlan adam bıçaqlayıb
# 11 noyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlayan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 6-da Hüseyn Cavid prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurlan Əliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü Maqsud Sadiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR