Bakı. Fərid Mirzəyev – APA. “2014-cü ildə rəsmi nikahda olmayan qadınlar tərəfindən 25 min 486 uşaq dünyaya gətirilib. Bunlardan 24 min 479 oğlan, 1007 nəfəri qız uşağıdır. Gördüyünüz kimi qeyri-rəsmi nikahdan doğulan qızların sayı çox aşağıdır. Ümumilikdə 2011-2012-ci illərlə müqayisədə rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmaqdadır”.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
E. Səfərov bildirib ki, 2014-cü ildə 18 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə olunub: “2014-cü 18 yaşadək qadınlar tərəfindən 3296 uşaq dünyaya gəlib”.