Gədəbəydə avtomobil dərəyə aşıb, 2 nəfər yaralanıb - FOTO

Gədəbəydə avtomobil dərəyə aşıb, 2 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 25 mart 2015 09:11 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini olan 41 yaşlı Əkbər Qəmbərov “Mercedes Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolda yağışdan yaranan gölməçədən avtomobili yayındırmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb. Avtomobil əzilərək yararsız hala düşsə də, xoşbəxtlikdən insan tələfatı baş verməyib. Sürücü Əkbər Qəmbərov və onun həyat yoldaşı Rahilə Qəmbərova baş və alın nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR