Paytaxtın Binəqədi rayonunda tərəflər arasındakı münaqişə ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 9-da Binəqədi qəsəbəsində yaşayan 66 yaşlı Vidadi Rəcəbovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Binəqədi rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətli törətməkdə şübhəli bilinən V.Rəcəbovun qonşusu, 64 yaşlı İ.Mürsəlov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.