Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan dəmir köşkün yanar konstruksiyaları və ətrafına yığılmış 300 kq ot bağlaması yanıb.
Köşkün içərisindən 1 ədəd 3 litrlik qaz balonu yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.