“Bank VTB”nin prezidenti: “Rusiya banklarının SWIFT sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir”

“Bank VTB”nin prezidenti: “Rusiya banklarının SWIFT sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir”
# 04 dekabr 2014 08:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir.

APA-Economics”in Almaniyanın “Handelsblatt” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu “Bank VTB”nin (Rusiya) prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin bildirib.

A. Kostin qeyd edib ki, hazırda Rusiyanın bank sistemi “əhəmiyyətli dərəcədə dollar və avroya əsaslandığından Rusiya iqtisadiyyatının ən zəif seqmentidir”.

“Rusiya banklarının SWIFT sistemindən çıxarıldığı gün ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir”, - deyə bankir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR