Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 24 mart 2015 13:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran rayonunun Şıxəkəran kəndinə 22 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov Novruz bayramı münasibətilə kənd sakinlərinə təbriklərini çatdıraraq, təbii qazın onların evlərinə sevinc, toy-düyün bəxş etməsini arzulayıb. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açan icra başçısı bununla 56-cı yaşayış məntəqəsinin qazlaşdırıldığını, rayon üzrə qazlaşdırmanın 80 faiz təşkil etdiyini bildirib.

Lənkəran ŞİH başçısının Şıxəkəran inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Ramin Səfərov, kənd Ağsaqqallar Şurasının sədri Şəfiq Əliyev, kənd məktəbinin müəllimi Üzrayə Əsədzadə, kənd sakini Xanlar Səfərov və digərləri çıxışlarında uzunmüddətli fasilədən sonra təbii qazın verilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə və “Azəriqaz” İstehsalat Birliyinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Şıxəkəran kəndində 791 abonentə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında 12,722 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və 34,662 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sonda Taleh Qaraşov sakinlərlə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR