“Əsas rəqiblərimiz öz ölkələrində maksimum nəticə əldə etməyə çalışacaq Azərbaycan döyüşçüləridir” 

“Əsas rəqiblərimiz öz ölkələrində maksimum nəticə əldə etməyə çalışacaq Azərbaycan döyüşçüləridir” 
# 07 iyun 2015 09:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Bakıda keçiriləcək Avropa Oyunlarında güləş üzrə 3-4 yüksək mükafat qazanmaq Rusiya yığması üçün böyük uğur hesab olunacaq”.

APA-nın Rusiyanın “R-Sport” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya milli komandasının baş məşqçisi, olimpiya çempionu Hacımurad Maqomedov deyib.

O bildirib ki, yığma komanda Bakıya getməzdən əvvəl Novoqorskdadır.: “Bütün idmançılar ciddi hazırlaşır. Komandamızda əvəzedici yoxdur. Əvvəlcən də qərar verildiyi kimi Bakıda Kaspiyskdə baş tutan Rusiya çempionatının qalibləri çıxış edəcək. Əgər biz 1-2 medal qazana bilsək, onda bunu uğurlu nəticə hesab etmək olar. Bizim əsas rəqiblərimiz öz ölkələrində maksimum nəticə əldə etməyə çalışacaq Azərbaycan döyüşçüləridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR