Tovuzda yolu keçmək istəyən qadını maşın vurub

Tovuzda yolu keçmək istəyən qadını maşın vurub
# 24 avqust 2015 12:28 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda piyadanı maşın vurub.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Öysüzlü kənd sakini, 1956-cı il təvəllüdlü Şəfiqə Hüseynova yolu keçmək istəyərkən “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR