Azərbaycanda səfərdə olan Belarus müdafiə nazirinin birinci müavini hərbi hissələrdə olub

Azərbaycanda səfərdə olan Belarus müdafiə nazirinin birinci müavini hərbi hissələrdə olub
# 14 iyul 2016 14:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda səfərdə olan Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən bildirilib ki, qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR