Cəzaçəkmə müəssisəsinə bıçaq keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə bıçaq keçirilməsinin qarşısı alınıb
# 15 sentyabr 2014 07:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR