Saatlıda polis əməkdaşı avtomobillə vurulub

Saatlıda polis əməkdaşı avtomobillə vurulub
# 21 yanvar 2017 10:02 (UTC +04:00)

Saatlıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 20-də axşam saatlarında Saatlı rayon polis şöbəsinin əməkdaşı, polis baş serjantı, 1970-ci il təvəllüdlü Çingiz Behbud oğlu Yaqubovu polis şöbəsinin qarşısında “VAZ-2107” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR