Yeniyetmənin ölümünə səbəb olan sərxoş sürücünün istintaqı yekunlaşıb

Yeniyetmənin ölümünə səbəb olan sərxoş sürücünün istintaqı yekunlaşıb
# 27 dekabr 2019 10:15 (UTC +04:00)

Bakıda sərxoş vəziyyətdə yeniyetmənin ölümünə səbəb olan sürücü Cəmil Atabalayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında qeydə alınıb. 29 yaşlı Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 16 yaşlı Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

C. Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR