Yunanıstana qaçmış türk hərbçilərindən 3-ü ekstradisiya ediləcək

Yunanıstana qaçmış türk hərbçilərindən 3-ü ekstradisiya ediləcək
# 06 dekabr 2016 14:08 (UTC +04:00)

Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçan 8 türk hərbçisindən daha 3-ü barədə qərar verib.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, məhkəmə 3 əsgərin Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, bir gün əvvəl Yunanıstan məhkəməsi 8 hərbçidən 3-nün Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar verib. Digər iki hərbçi barədə qərarın da yaxın günlərdə veriləcəyi gözlənilir.

Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi “Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR