ABŞ-da ana və qızı ailənin digər 5 üzvünü qətlə yetirib

ABŞ-da ana və qızı ailənin digər 5 üzvünü qətlə yetirib
# 27 fevral 2019 08:40 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatında ana və qızı ailənin digər 5 üzvünü qətlə yetirib.

ONA-nin ABŞ bürosu xəbər verir ki, ana polisə açıqlamasında onların ölmək istədiyini bildirib.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 45 yaşlı Şana S. Dekret və onun qızı 19 yaşlı Dominik K. Dekret ailənin 5 üzvünü öldürməkdə günahlandırılır. Polisə ayrı-ayrı verdikləri ifadədə hər iki qadın bildirib ki, ailə üzvlərini boğaraq qətlə yetiriblər.

Şana Dekret uşaqlar da daxil olmaqla, qətlə yetirilənlərin hər birinin özlərini öldürmək istədiklərini qeyd edib. Ana və qızı Şana Dekretin övladları - 25 yaşlı Naira Smit, 13 yaşlı Deymon Dekret, eləcə də Şananın bacısı, 42 yaşlı Camil Kempel və onun 9 yaşlı əkiz qızları İmani və Eriki öldürməkdə təqsirləndirilirlər.

Qətlə yetirilənlərin cəsədi ötən gün Şana Dekterin yaşadığı evin yataq otağında Sosial xidmət əməkdaşlarının evi ziyarəti zamanı aşkarlanıb. Hadisəni törətməkdə təqsirləndirilən ana və qızı əvvəlcə hadisənin tanımadıqları adam tərəfindən törədildiyini bildirsələr də, sonradan təqsirlərini etiraf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR