Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib
# 28 iyul 2018 10:23 (UTC +04:00)

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti mürəkkəb relyefli yüksək dağ massivindən endirilərək rayon mərkəzinə gətirilib.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsində müayinə olunur. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyi də bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyulun 21-də itkin düşüb.

Onun axtarışlarına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, eləcədə Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunmuşdu.

Q. İbrahimovun meyiti iyulun 26-da Zaqatalanın Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR